Azpetrol Ltd

ŞİRKƏT HAQQINDA

15 illik uğurun sirri

"Azpetrol Ltd" MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

KORPORATİV DƏYƏRLƏR

İnsanlara xidmətimizlə öndəyik

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.

ƏSAS MƏQSƏDLƏR

Ən yaxşı olmaq üçün çalışırıq

"Azpetrol" Şirkəti regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.

İCTİMAİ FƏALİYYƏT

Biz sizi düşünürük

Ölkəmizin təhsil, mədəniyyət və idman sahələrinə qayğı ilə yanaşmağı özünə borc bilən "Azpetrol" Şirkəti Azərbaycanın ədəbi və mədəni irsinin qorunub saxlanılmasına və inkişafına xüsusi önəm verir.





15/05/2013

"Brand of Azerbaijan" mükafatı.

14 May 2013-cü il tarixində “Qafqaz Baku City Hotel & Residences”-də “Brand of Azerbaijan” Mükafatının təqdimat mərasimi keçirildi. Azpetrol şirkəti “İlin Brend Yanacaq Markası” nominasıyasında bu mükafata layıq görülmüşdur.

Sorğu və monitorinq nəticəsində müəyyən olunan mükafatçılar sırasında KİV, müxtəlif holdinq və şirkətlər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələri var idi.

 

 

Azpetrol Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsini açdı.

11/05/2013

Azpetrol Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsini açdı.

10 may yeni  2013-cü il tarixində “Azpetrol” Şirkəti Sumqayıtda özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu, Azpetrolun sayca 81-ci yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar  iştirak edirdilər.

Azpetrol Frankfurtda da mükafata layiq görüldü.

02/05/2013

Azpetrol Frankfurtda da mükafata layiq görüldü.

27-28 aprel 2013-cü il tarixlərində Almaniyanın Frankfurt  şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 52 ölkəsindən olan müxtəlif  şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir.